• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 20.06.2023 16:33

Muaytay üzrə turnir keçirilib

KepezTV Player

Gəncədə muaytay üzrə klublararası turnir keçirilib. “Dəmir yumruq-16” adı altında təşkil edilən yarış ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Azərbaycan Muaytay Tayboks federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan turnir yerli Olimpiya İdman Kompleksində keçirilib. Yarışın rəsmi hissəsində bu idman növünün regionlarda inkişaf etdirilməsi və populyarlaşdırılması üçün belə yarışların böyük önəm daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, 3-cü Avropa Oyunlarında muaytay üzrə yarışlarda Azərbaycan idmançıları mübarizə aparacaq. Bu baxımdan da turnir təbliğat xarakteri daşıyır. Açılışdan sonra 30-dan çox şəhər və rayonu təmsil edən klubların iştirak etdiyi birincilikdə döyüşlərə start verilib. Uşaq, yeniyetmə və gənclərin 30 çəki dərəcəsində qüvvəsini sınadığı yarışda 150-dən artıq idmançı qalib olmaq üçün yarışıb. Bu idman növündə xamınların azlıq təşkil etməsi səbəbindən ilbəil zərif cinsin nümayəndələrini muaytaya cəlb etmək üçün əməli addımlar atılır. Yarışın sonunda fəxri kürsüdə yer alan idmançılar təltif olunublar. Döyüşçülər medal və diplomla mükafatlandırılıblar.

Orxan Cəfərzadə