• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 20.06.2023 20:15

23 yaşında vəfat edən Zərif Qayıbov

KepezTV Player

Gənc yaşında vəfat edən gəncəli tarzən - Zərif Qayıbov. Qeyri-adi və təkrarolunmaz çalğısı, sarı simlərdə özünəməxsus zərif gəzişməsi onu fərqləndirirdi digər tarzənlərdən. Bu barədə musiqiçinin adını daşıyan 5 nömrəli uşaq musiqi məktəbində Zərif Qayıbova həsr olunan musiqili gecədə bildirilib. Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan tarzənin hələ 14 yaşında ikən bütün Zaqafqaziyada şöhrət qazandığına diqqət çəkilib. Muğamlar içərisində ifa etdiyi “Şur”u dinləyicilər üçün zərif, incə və düşüncəli etməyi bacardığına diqqət çəkilib. Zərif Qayıbovun yaradıcılığı və həyat yolu vərəqlənərək musiqi sənətinə misli-bərabəri olmayan incilərinin yadigar qaldığı bildirilib. Konsertə xüsusi rəng qatan Türkiyə-Azərbaycan qardaşlığının rəmzinə çevrilən musiqili kompozisiya “Mehtər marşı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Eləcə də məktəbin şagirdləri tərəfndən musiqiçinin yaradıcılığa mürciət edilib. Xalq çalğı alətləri şöbəsinin yetirmələrinin ifasında “Şur” muğamı, ”Dağ kralının rəqsi” kimi əsrarəngiz əsərlər səsləndirilib. Sonda beynəlxalq müsabiqələrdə fərqlənən şagirdlər fəxri fərmanlarla təltifləndirilib.

Asudə Mustafayeva  5 nömrəli uşaq musiqi məktəbinin müəlliməsi: Bu tədbirdə Zərif Qayıbovun çox sevdiyi hər zaman ifa etdiyi “Sarı kənd”, “Şur Muğamı” daha çox səsləndi. Bizim məktəbimiz Zərif Qayıbovun adını daşıyır. Bizim bütün müəllimlərimiz, bütün müəllim kollektivimiz çalışırıq ki Zərif Qayıbovun adını həmişə uca tutaq, həmişə yüksək tutaq. Bizim məktəbimizin gənc, yaşlı tar müəllimləri həmişə çalışırlar ki Zərif Qayıbovun adına laiq tələbəlar yetişdirsinlər. Əgər Zərif Qayıbov adını daşıyırsa bu məktəb, bu məktəbin Zərif Qayıbovun adına laiq tələbələri olmalıdır.