• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 18.06.2023 20:38

Gəncə sakini dam örtüyünü təmir edərkən yıxılaraq müxtəlif xəsarətlər alıb

KepezTV Player
Fövqəladə Hallar Nazirliyinə Gəncənin Cavad bəy Şıxlinski küçəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.