• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 16.06.2023 11:47

“Whatsapp” videomesajların göndərilməsi funksiyasını istifadəyə verib

Whatsapp funksionallıq mövzusunda öz rəqiblərinə aktiv şəkildə çatmağa davam edir. Messencerin Android və iOS üçün nəzərdə tutulmuş yeni beta versiyasında video formatında mesajların göndərilməsi funksiyası istifadəyə verilib. Əvvəllər istifadəçilər yalnız mətn formatında və səsli mesajlar göndərə bilirdilərsə, bundan sonra video formatında da mesaj göndərə biləcəklər. Bunun üçün çatda mətnin dərc edilməsi sahəsinin yanında istifadəyə veriləcək kamera ikonuna klikləmək lazım gələcək.

Həmin düyməyə klikləməklə istifadəçi 1 dəqiqəlik video çəkə və daha sonra onu göndərə biləcək. Əgər istifadəçi video əvəzinə səsli mesaj göndərmək istəsə, o, eyni düyməyə klikləyib saxlamalı və səsli mesaj formatını seçməli olacaq. Çat daxilində video formatlı mesaj digər messencerlərdə olan video formatlı mesajlar kimi dairəvi şəkildə əks olunacaq. Dairəvi sahəyə klikləyən zaman isə video tam ekran şəklində əks olunacaq. Video formatında mesajların göndərilməsi funksiyası hələ ki, messencerin beta versiyasında aktivdir. Onun stabil Whatsapp versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.