KepezTV Player
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Dövlət başçısı həmçinin Nikol Paşinyanın Türkiyəyə səfərini də yüksək qiymətləndirib: “Baş nazir daxildəki müxaliflərə baxmayaraq, ölkəmizə səfərə gəldi. Nikol Paşinyanla ayaqüstü söhbətləşdik və ona səfərə gəldiyinə görə təşəkkür etdim” - Türkiyə Prezidenti bildirib. Rəcəb Tayyib Ərdoğan qeyd edi ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: "Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram".
- Baxış: 172