KepezTV Player
Qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonunun ərazisində bir neçə avtomobil yolunda yaranmış məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd və Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib. Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Sözügedən yollar nəzarətdə saxlanılır.
- Baxış: 199