Heydər Əliyevin dövlət və xalq qarşısında xidmətləti hər bir azərbaycanlı üçün örnəkdir, xüsusən də gənclər üçün. Bu fikir Milli Qurtuluş günü münasibətilə gənclərlə keçirilən görüşdə səsləndirilib. Gəncə 2 saylı ASAN Xidmət Mərkəzində keçirilən dəyirmi masada ulu öndərin 1993-cü ilin 15 iyununda hakimiyyətə gəlişi ilə ölkəni qurtardığı bəlalardan söz açılıb. Milli zəmində qarşıdırmaya, Qarabağda gedən savaşa, ölkədəki xaosa son qoyduğu xatırladılıb. Gənclərin vətənpərvər ruhda böyüməsində Heydər Əliyev siyasətinin əvəzsiz rolundan danışılıb. Məhz milli ruhda yetişən gəncliyin Vətən müharibəsində qazanılan qələbədə həlledici məqam olduğu diqqətə çatdırılıb. Qurtuluş Gününə həsr edilən tədbir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanışlıqla davam edib.
Amil Qurbanov- Gənclər Evinin direktoru: “Sərgi hissəsində də gənclər tərəfindən çəkilmiş rəsmlər nümayiş olunacaq və bu sərgi hissəsi 2 gün, Gəncə şəhəri 2 nömrəli “ASAN”da davam edəcək və mən bura gələn qonaqlarımızı, bura gələn ziyarətçilərimizi və “ASAN”a gələn sakinləri, vətəndaşları bu sərgiyə baxmağa dəvət edirəm”.
- Baxış: 170