KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar. Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi etdiyi, qadağan olunmuş səs siqnallarından, görməni məhdudlaşdıran vasitələrdən istifadə ilə digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Monitorinq zamanı polis əməkdaşının qanuni tələblərinə tabe olmayan sürücü Ramil Bayramov inzibati qaydada həbs edilib.
- Baxış: 213