• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 12.06.2023 11:37

Elon Musk yenidən dünyanın ən varlı şəxsidir

Bloomberg dünyanın ən varlı şəxslərinin reytinqini yeniləyib. Yenilənmiş reytinqdə Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub. Qeyd etmək lazımdır ki, keçən ilin dekabr ayında Musk sözügedən reytinqin ikinci pilləsinə enmişdi. Belə ki, Louis Vuitton Moet Hennessy adlı şirkətlər qrupunun sahibi Bernard Arnault-un sərvəti Louis Vuitton, Dior və digər brendlərin satışlarının yüksəlməsi hesabına artmışdı.

İndi isə məlum olub ki, Bernard Arnault yenidən ikinci pilləyə enib. Belə ki, Musk-ın sərvəti 1 gün ərzində 2 milyard dollar, son 1 il ərzində isə 55.3 milyard dollar artıb. Hal hazırda Musk-ın sərvəti 192 milyard dollar, Bernard Arnault-un sərvəti isə 187 milyard dollar təşkil edir. Reytinqin ilk beşliyinə həmçinin Amazon-un keçmiş CEO-su Jeff Bezos (144 milyard dollar), Bill Gates (125 milyard dollar) və Oracle şirkətinin həmtəsisçisi Larry Ellison (118 milyard dollar) daxildirlər.