KepezTV Player
Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Şəmkir, Gəncə, Tovuz və Naftalanda 5 mm-dək olub. Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib. Gədəbəy rayonunda diametri 10 mm olan dolu düşüb. Daşkəsən və Şəmkirdə duman müşahidə olunub.
- Baxış: 216