• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 10.06.2023 20:39

“Xanuma” tamaşasına ictimai baxış olub

KepezTV Player
Gəncə Dövlət Dram Teatrında Gürcü dramaturqu Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış tamaşaya ictimai baxış keçirilib. Tamaşa Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur. Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub. Rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.