• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 10.06.2023 14:27

Bu gün UEFA Çempionlar Liqasının finalı keçiriləcək

KepezTV Player
Bu gün UEFA Çempionlar Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulacaq. Həlledici matçda “Mançester Siti” və “İnter” komandaları üz-üzə gələcəklər. İstanbuldakı Atatürk Olimpiya stadionunda keçiriləcək matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək. İngiltərə təmsilçisi qələbə qazanarsa, mövsümü trebllə başa vuracaq. “Mançester Siti” bunadək İngiltərə kubokunun və Premyer Liqanın qalibi olub.