• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 10.06.2023 12:35

Yol polisi məktəbli ekskursiyaları ilə bağlı valideynlərə müraciət edib

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsi məktəbli ekskursiyalarının təşkili ilə bağlı valideynlərə müraciət edib. "Təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır. Bu səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keçirmək tövsiyə olunur. Avtobus və mikroavtobus sahiblərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəkdir",- deyə müraciətdə bildirilir.