• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 10.06.2023 12:34

Velosipedçilər Göygölə yola düşüb

KepezTV Player
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dördüncü mərhələ start götürüb. Velosipedçilər Gəncədən mübarizəyə başlayıblar. 12 komandanın 74 idmançısı Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edərək, finişə birinci çatmağa çalışacaq. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur saat 15:00-dək davam edəcək. Beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən qeyd olunan müddət ərzində velosipedçilərin hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir. Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı Emanuele Ansolini liderlik edir.