• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 08.06.2023 11:47

Qızılla bəzədilmiş "iPhone"lar satışa çıxarılır

Apple qadcetlərinin istehsalı üzrə ixtisaslaşmış Caviar şirkəti yeni iPhone modelini - Rolex Daytona-nı təqdim edib.

Smartfonun özəlliyi ondadır ki, Caviar mütəxəssisləri onun korpusunun arxa hissəsinə bahalı Rolex Cosmograph Daytona mexaniki saatını yerləşdiriblər. Bu aksesuarın korpusu sarı qızıldan, korpus isə qara keramikadan hazırlanıb. Saat siferblatası davamlı sapfir kristalla qorunur.

Smartfonun özü titandan hazırlanıb, daha sonra Rolex siferblatları və qutuları yaratmaq üçün istifadə olunan PVD materialı ilə örtülmüşdür. iPhone həmçinin qızıldan hazırlanmış xüsusi ornament və dekorativ elementlərlə bəzədilib.

Şirkət iPhone Rolex Daytona-nın yalnız üç nüsxəsini buraxmaq niyyətindədir. Caviar-dan eksklüziv iPHONE 14 smartfonları 122880 dollara satılacaq.