• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 07.06.2023 20:00

Bədii gimnastlar 4 medalla qayıdıblar

KepezTV Player

Nizami yurdunun bədii gimnastları klublararası açıq birincilikdə iştirak ediblər. Zəriflər yarışda 4 medal qazanıblar.

Bakıda təşkil edilən birinciliyə müxtəlif klublardan 130-a yaxın gimnast qatılıb. Yarışda Gəncədən 4 idmançı qüvvəsini sınayıb. Onların hamısı mükafatçılar sırasına düşüb. Gənclər arasında lentlə hərəkətlərdə Nəzrin Məmmədova bürünc mükafata yiyələnib. 2016-cı il təvəllüdlü gimnastların yarışında gürzlərlə hərəkətdə Əfruz İbrahimova gümüş, topla hərəkətdə Turanə Məmmədova bürünc medal qazanıb. Cavadxan yurdundan ən yaxşı nəticəni isə Nazlı Məmmədzadə göstərib. O, alətsiz mübarizədə bütün rəqiblərini üstələyərək yarışın qalibi olub.

Gəncə Olimpiya İdman Kompleksindəki gimnastika bölməsinin rəhbəri olan məşqçi Nurcahan Əliyeva yetirmələrinin çıxışından razıdır. Çalışdırıcı paytaxtdakı yarışın gimnastlar üçün böyük təcrübə olduğunu deyib.

Nizami yurdunun gimnastları qarşıda daha böyük sınaq qarşısındadırlar. Zəriflər 17-18 iyunda Bakıda keçiriləcək beynəlxalq turnirdə Gəncəni təmsil edəcəklər.

Orxan Cəfərzadə