• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 07.06.2023 16:13

Erməni sakinlərin hər iki istiqamətdə hərəkəti təmin edilir

KepezTV Player

Macarıstan müdafiə naziri Kristof Szalay-Bobrovnicskin Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb. Müdafiə naziri Zakir Həsənov Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb. Hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir. Macarıstanın müdafiə naziri ölkəsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib. Regiondakı hərbi-siyasi vəziyyət, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.