• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 07.06.2023 12:03

Samuxda 2 tondan çox çətənə kolu məhv edilib

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qarayeri qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Ümumi çəkisi 2 ton 285 kiloqram olan, 3337 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.