• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 07.06.2023 12:06

Müharibə veteranlarına vəsiqələri təqdim olunub

KepezTV Player

Gəncədə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib. Heydər Əliyev adına parkdakı mərasimdə vəsiqələri şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyi, eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinin əməkdaşları veteranlara təqdim ediblər. Tədbirdə Kəpəz Rayon Şöbəsində qeydiyyatda olan 490 döyüşçüyə vəsiqələr paylanılıb. Onların arasında "Kəpəz" televiziyasının əməkdaşları da var. Müharibə veteranı vəsiqələri hər şəhər və rayon üzrə mərhələli şəkildə verilir. Qarşıdakı günlərdə proses digər ərazilərdə də davam edəcək.