• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 06.06.2023 20:20

"Gəncə"nin basketbolçusu millinin toplanışına yollanır

KepezTV Player

Basketbolun 3-ə 3 növü üzrə millimiz təlim-məşq toplanışı keçəcək. Gəncəli basketbolçu Amil Həmzəyev də yığmanın hazırlığında iştirak edəcək.

Təcrübəli oyunçu çempionatın sonlarında zədələnsə də, bərpa prosesi keçib və millinin məşqlərinə qatılacaq. Toplanış Serbiyanın Novi Sad şəhərində baş tutacaq. Amillə birlikdə Gəncə komandasının heyətində yer alan Cəbrayıl Əkbərov və Əkbər Məmmədov da Serbiyaya yollanacaqlar. Təlim-məşq toplanışı iyunun 17-dən 19-dək Kiprdə reallaşacaq Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Amil Həmzəyev seçmə mərhələdəki mümkün rəqibləri də dəyərləndirib.

Bu mövsüm gəncəli üçün uğurlu olub. Amil Gəncə komandasının heyətində ilk dəfə təşkil edilən ölkə kubokunun qalibi adını qazanıb. Eyni zamanda o, basketbol liqasının gümüş medalına yiyələnib.

Orxan Cəfərzadə