• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 06.06.2023 11:36

GPT-4-də insan düşüncəsi əlamətləri müşahidə edilib

Microsoft şirkətinin tədqiqatçıları GPT-4 ilə bağlı 155 səhifəlik hesabatı təqdim ediblər. Təqdim edilmiş hesabatda GPT-4-ün insan düşüncəsi bacarığını necə dərk etməsi barəsində məlumatlar əks olunub. GPT-4 bir çox tapşırıqlar çərçivəsində insan performansı səviyyəsinə çata bilir. Tədqiqatçılar özlərinə sual veriblər ki, sözügedən böyük dil modeli insanları nə dərəcədə yaxşı başa düşür? Nəticədə tədqiqatçılar bunu öyrənmək üçün GPT-4-ə bir sıra sorğu göndərməklə təcrübə keçiriblər.

Tədqiqatçılar ondan kitabın, bir neçə yumurtanın, noutbukun, butulkanın və mismarın necə bir yerdə yerləşdirmək lazım olduğunu soruşublar. GPT-4 tərəfindən bu suala təqdim edilmiş təlimatda isə fiziki dünyanın və məntiqin qanunları nəzərə alınıb. Microsoft tədqiqatçıları əmindirlər ki, bu cür cavab GPT-4-ün adi təlimatlandırma çərçivələrindən kənara çıxdığını sərgiləyir. Daha sonra tədqiqatçılar özlərinə sual veriblər ki, bunu ümumi süni zəkanın ortaya çıxma mərhələsi hesab etmək olarmı?

“GPT-4 imkanlarının dərinliyini və genişliyini nəzərə alaraq biz düşünürük ki, onu ümumi züni zəkanın erkən versiyası kimi qiymətləndirmək olar”, - deyə Microsoft tədqiqatçıları qeyd ediblər. Müasir sistemlər bir-biriləri ilə əlaqəli olan bir neçə tapşırığın yerinə yetirilməsi üzrə təlimatlandırılıblar. Güman olunur ki, ümumi süni zəka sistemi insan zəkasının başa düşə biləcəyi tapşırıqların öhdəsindən gələ biləcək.