• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 03.06.2023 12:10

Davada xəsarət alan qardaşlar xəstəxanaya yerləşdiriliblər

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb. Rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzəyev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə Nazim və Natiq qardaşları müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.