• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 02.06.2023 10:19

Artan yol qəzalarına nə səbəb olur?

KepezTV Player

Dövlət yol polisi şöbəsinin əməkdaşları, yollarda təhlükəsizliyin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reydə başlayıblar. Reyd nəqliyyatın daha sıx hərəkət etdiyi ərazilərdə aparılıb.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Avtoqəzaların sayının artması, yol nəqliyyat qaydalarının pozulması ilə bağlıdır. Əgər sürücü müəyyən olunmuş sürət həddini aşır, qanunla qadağan olunan yerdə dayanırsa, bundan başqa piyada və velosiped sürənlər müəyyən olunmuş səki ilə hərəkət etmirsə, yolu keçərkən piyada keçidindən istifadə etmirsə, bu, yol nəqliyyat hadisələrinin yaranmasına birbaşa səbəb olan amillərdir. Bununla bağlı həm profilaktik xarakterli, həm monitorinq tipli, polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sürücü və piyadalardan da xahiş olunur ki, yol-hərəkət qaydalarına riayət etsinlər. Özlərinin və digərlərinin təhlükəsizliyinə biganə yanaşmasınlar”.

Bu gün hərəkətin təhlükəsizliyi tək sürücülər deyil, həm də piyadalar tərəfindən tez-tez pozulur. Belə ki, əksər piyadalar xüsusi təyin olunmuş  yerüstü və yeraltı keçidlərdən keçmək əvəzinə, hərəkətin intensiv olduğu avtomobil yolundan keçməyə çalışırlar.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Araşdırmalar göstərir ki, yol qəzalarında piyada ölümlərinin çox olması, əsasən sürücülərin şəhər dahilində müəyyən olunmuş sürət həddini aşması, bundan başqa piyadaların müəyyən olunmuş yol hissələrində hərəkət etməməsidir. Yəni avtomobil yolunda, xüsusən də qaranlıq vaxtlarda piyada yolda hərəkət edirsə, bu, artıq birbaşa təhlükədir. Və birdə məsləhət olunur ki, qaranlıq vaxtlarda piyadalar xüsusi işıqqaytarıcı elementlər təşkil edən geyimlərdən istifadə etsinlər”.

Yol nəqliyyat qaydalarını pozan sürücü və piyadar ilə maarifləndirici söhbətlər aparılıb və inzibati qaydaya uyğun olaraq cərimələr tətbiq edilib.

Günay Əsgərova