• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 01.06.2023 12:18

Uşaqlar və məşğuliyyətləri

KepezTV Player

Bu gün 1 iyun uşaqların, yəni bizim günümüzdür. Ona görə də bu gün müxbir olaraq mən Nurlan Abdullazadə sizinlə olacam. Hər birimizin fərqli maraqlarımız var. Bəzilərimiz oyun oynamağı, gəzməyi, dostlarımızla vaxt keçirməyi, bəzilərimiz isə rəsm çəkməyi, idmanla məşğul olmağı çox sevirik. Bunlardan biri də dostumuz Leylidir. O, pianoda ifa etməyi çox sevir.

Leylinin sevimli məşğuliyyəti haqqında danışdıq. İndi isə  onun müəllimindən də soruşaq, musiqiyə başlamanın yaşı varmı?Dostlarımız neçə yaşından musiqiyə başlasa daha yaxşı olar?

Bizim sevimli məşğuliyyətlərimizdən nə qədər danışsaq da bitməz. Bunlardan biri də Onurun və elə mənim də çox sevdiyim futboldur. Gedək indi də Onurun yanına görək onda futbola maraq niyə yaranıb?

Onurun fikirlərini öyrəndikdən sonra istəyirəm məşqçimizdən də soruşaq görək, digər futbola marağı olan dostlarımız ilk olaraq hardan başlamalıdır və nə kimi çətinliklə qarşılaşa bilərlər?

İndi isə sizə öz sevimli məşğuliyyətimdən elə geyimimdən də gördüyünüz kimi cüdodan danışmaq istəyirəm. Mən artıq,  iki ildir ki, cüdo ilə məşğul oluram. Cüdonu çox sevməyimin səbəbi odur ki, idman sağlamlıqdır, özümü daha güclü hiss edirəm və sabahın ən güclü əsgəri olmaq istəyirəm. Gələcəkdə də yarışlarda iştirak edib, ölkəmizin adını hər yerdə tanıtmaq istəyirəm.

İndi isə öz müəllimimdən soruşmaq istəyirəm, yaxşı idmançı olmaq üçün nə etmək lazımdır və nə qədər məşq etməliyik?

Bu gün, elə öz bayramımızda qısa da olsa, sevimli məşğuliyyətlərimizdən danışdıq. Təkcə bu gün yox, hər gün bizim üçün bayramdır. Bayramımız mübarək əziz dostlar!

Lalə Sadıqova