• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 01.06.2023 10:01

Yağış suları evlərin həyətinə və zirzəmilərinə dolub

KepezTV Player

Ötən gün yağan güclü leysandan sonra Şəmkir rayonunun Zəyəm qəsəbəsində bəzi əraziləri subasmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülüb. Eləcə də yağan güclü yağış rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərində meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər vurub. Həmçinin külək nəticəsində bir neçə ağac aşıb.