Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir. Müvəqqəti işlər vəkili Viya Buşa Vətən müharibəsi zamanı raket atəşinə tutulan ərazidə olub. Həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib. Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Qonağa ermənilərin törətdiyi terror hadisələri ilə bağlı məlumat verilib. Həmin dövrdə Ermənistan ərazisindən atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çoxlu sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb. Ümumilikdə isə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Viya Buşa- Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Latviya ilə Azərbaycan arasında çox gözəl münasibətlər var. Gəncəyə gəlməyimizin əsas səbəblərdən biri Latviya şirkətləri ilə Gəncədə iqtisadi cəhətdən müzakirələr aparmaqdır. Biz insanlar arasındakı əlaqədə çox maraqlıyıq. Latviyanın prezidenti martın əvvəllərində Azərbaycanda oldu. Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşlər keçirib. Ölkələrimiz arasında əlaqələrin inkişafını müzakirə ediblər. Mən artıq üçüncü dəfədir Gəncəyə gəlirəm. Latviya hər zaman münaqişlərin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Əlbəttə, burada insanlar yaşayıb ancaq onların evləri raket atəşinə tutulub. Bu, çox acınacaqlı mənzərədir”.
- Baxış: 353