• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 30.05.2023 20:02

"Kəpəz"ə niyə sponsor tapılmır?

KepezTV Player

Futbolun İnkişaf Fondu vasitəsilə bölgə klubları dayanıqlı maliyyə mənbələri ilə təmin edilir və maddi cəhətdən çətinliklər aradan qaldırılır. Ancaq mövsüm başa çatsa da, “Kəpəz”in hələ də sponsor məsələsi həllini tapmayıb. Bəs görəsən Gəncə klubuna sporsorluq niyə gecikir?

Çempionatın əvvəlindən region komandaları üçün maliyyə resurslarının axtarışında olan FİF bunun müsbət nəticəsi olaraq bir neçə ay əvvəl “Turan Tovuz” klubuna sponsor tapdı. Digər bölgə kollektivi olan “Kəpəz” isə hələlik hər hansı maliyyə mənbəyi ilə təmin edilməyib. Bunun da müəyyən səbəbləri var. Ən başlıca səbəb isə odur ki, FİF qısa müddət üçün deyil, uzun illər dayanıqlı ola biləcək maliyyə mənbələri taparaq sarı-göylərə dəstək olmaq istəyir.

“Kəpəz100k” layihəsi barədə danışan FİF-in icraçı direktoru Tural Piriyev nəticənin ürəkaçan olmadığını, komandaya avtobusun alınması üçün bu istiqamətdə müəyyən tədbirlərin görüldüyünü deyib.

Yalnız FİF yox, klub da maliyyə mənbələri tapmaq üçün bir sıra şirkətlər, iş adamları ilə görüşmələrini davam etdirir. İdarə Heyətinin sədri İlqar Nadiri ən qısa zamanda komandaya sponsor tapılacağına ümid edir. 

“Kəpəz” bu mövsümü premyerliqanı 31 xalla 8-ci sırada tamamlayaraq elitada qalıb. Dağlıların yeni mövsümdə premyerliqadakı çıxışı sponsor tapmaq baxımından vacib amildir.

Orxan Cəfərzadə