Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb. TƏBİB-dən bildirilib ki, tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub. Artıq 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.
- Baxış: 322