• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 28.05.2023 20:06

Dövlət başçısı bir sıra tədbirlərdə iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur küçələrində lövhələrin açılışında iştirak edib. Dövlət başçısına şəhərdə görülən işlər və Heydər Əliyev küçəsinin yenidənqurma konsepti barədə məlumat verilib. Prezident İlham Əliyev 1 Dekabr küçəsində lövhənin açılışını edib, bərpa olunmuş yaşayış evində yaradılan şərait ilə tanış olub. Laçın şəhərinin Baş planı Dövlət başçısına təqdim olunub. “İşğal” və “Zəfər” muzeylərinin, Laçında ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyulub, son tamamlanma işləri aparılan idman kompleksi ilə tanışlıq olub, ölkəmizdə reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Laçın rayonunun ərazisinə Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimiləri olub. Prezident İlham Əliyev sakinlərin və turistlərin istirahəti üçün nəzərdə tutulan kottec tipli evlərin inşası ilə tanış olub.