KepezTV Player
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
Prezident “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman da imzalayıb. Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın şəhərində yerləşəcək.*** Publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
- Baxış: 313