• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 25.05.2023 10:09

Qaz sızması partlayışa səbəb oldu

KepezTV Player

Gədəbəy rayonunun Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Dərhal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunub. Vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində qeydə alınan hadisə ilkin ehtimala görə, məişət qazının sızması nəticəsindəbaş verib. Partlayış yanğınla müşayiət olunmayıb. Bununla belə partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi olan qadın 73 yaşlı Rahilə Quliyeva da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.