• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 24.05.2023 12:27

Bənzədiyi orqana inanılmaz faydaları olan qidalar

KepezTV Player

Hər fəslin öz gözəlliyi və özünə xas olan meyvələri var. Bunlardan biri də xüsusi ilə yaz fəslidir ki, bazarları, piştaxtaları hələ mövsümü olmayan meyvələr bəzəyir və biz tələsərək bu meyvələrdən alıb istifadə edirik. Nəticədə bu hal bəzi problemlərin yaranmasına səbəb olur. Bəs bu problemlər ən çox hansı meyvə-tərəvəzlərdə özünü göstərir, birlikdə öyrənək.

Vüsal Temrazov- satıcı: “Bütün meyvə-tərəvəzləri öz mövsümündə yemək faydalıdır. Düzdür, mövsümü olmasa belə satışda olan meyvələr olur, hansı ki, qış fəslində alça, çiyələk, pomidor kimi məhsullar olur. Amma hər birimizin bildiyi kimi bunlar dərmanla yetişir və orqanizm üçün, xüsusilə də uşaqlar üçün çox zərərli olur, həm də büdcə baxımından xeyir etmir, hər biri çox baha olur. Bundan əlavə çox insan elə burda alanda, yuyulmamış meyvələrin dadına baxmaq istəyir, təbii ki, bu hal da xəstəliklərin yaranmasına gətirib çıxarır”.

Meyvələr, tərəvəzlər təbii ki, orqanizm üçün çox xeyirlidir, xüsusilə  bənzədiyi orqan üçün inanılmaz faydaları olduğu deyilir. Bəs bu meyvələr hansılardır?

Əfsanə Cəfərova- həkim: “Elə başlayaq insan beyninə bənzəyən qozdan. Qozun tərkibində sağlam yağlar, liflər, vitaminlər və minerallar var. Gümüş ionuna ehtiyac duyan tək orqanımız beynimizdir. Beynimizin sağlamlığını qorumaq üçün isə gündə 2-3 ədəd qoz yemək lazımdır. Pomidor isə ürəyimizə bənzəyir. Tərkibindəki likopen sayəsində ürəyimiz üçün antioksidant deposudur və sağlamlığımız üçün bol-bol pomidor istifadə etmək lazımdır. Digər meyvəyə bənzəyən orqanımız isə ağciyərimizdir ki, üzümə bənzəyir və qanartırıcı xüsusiyyətə malikdir, həmçinin ciyərimizə oksigen daşıyır. Tərkibindəki A və E vitamini, həmçinin, beta-karotin və lutein sayəsində isə yerkökü gözlərə müsbət təsir edir. Böyrəklərimizin isə lobyaya bənzədiyini hər kəs bilir. Tərkibində bolluca lif olan lobya böyrəkləri gücləndirir və böyrəklərdə yaranan liflərin tökülməsinə kömək olur”.

Meyvələrin faydalarından isə  nə qədər danışsaq da bitməz. Təbii ki, meyvələr bizim üçün bolluca vitamin qaynağıdır və sağlamlığımız üçün bir çox vitaminlərə ehtiyacımız var. Bəs vitamin çatışmazlığından yaranan problemlər? Elə bu haqda da müsahibimiz öz şikayətindən danışacaq.

Xədicə Atakişiyeva- vitaminsizlikdən əziyyət çəkən şəxs: “Mən əvvəl elə çox meyvə-tərəvəz yemirdim. Heç cür sevmirdim. Evdə anam həmişə bundan şikayət edirdi, məni danlayırdı, hətta bunların mənim üçün ziyanlı olacağını da deyirdi, amma mən onu dinləmirdim. Vaxt keçdikcə həqiqətən anamın düz dediyini anladım. Orqanizmimdə vitamin çatışmazlığı yaranmağa başladı və bu da özünü saçlarımda, dırnaqlarımda, dərimdə göstərirdi. Həm də bu vəziyyət ən çox fəsil dəyişikliyində ortaya çıxırdı. Belə ki, vitaminsizlikdən saçlarım tökülməyə başladı, dırnaqlarım çox zədələnirdi, qırılırdı, hətta dərimdə də həssaslıq yaranırdı. Bu hal baş verdikdən sonra anamı dinləmədiyim üçün çox peşman oldum, bəzi müalicələrə başladım. İndi demək olar, hər şey yavaş-yavaş qaydasına düşür. Artıq bol-bol meyvəmi yeyirəm, tərəvəzli yeməklərə üstünlük verirəm”. 

Lalə Sadıqova