• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 22.05.2023 12:25

YAP-ın Gəncə şəhər təşkilatının sədri ictimaiyyətə təqdim olunub

KepezTV Player

Bu gün YAP Gəncə şəhər təşkilatının yeni sədri Bayram Aslanov ictimaiyyətə təqdim olunub. Mərasimində şəhər icra hakimiyyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər. Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyi, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyi qeyd edilib. YAP Gəncə şəhər təşkilatının yaranma tarixindən və bügünündən danışılıb. Təşkilata sədr təyin olunmuş Bayram Aslanov göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəyini qeyd edib.