• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 21.05.2023 21:45

Cavad xan yurdunda Heydər Əliyev kuboku keçirilib

KepezTV Player

Gəncədə savad döyüş növü üzrə Heydər Əliyev kuboku keçirilib. Ümummilli liderin 100 illik yubileyinə həsr olunan yarışda bir çox şəhər və rayondan olan idmançılar iştirak ediblər.

Azərbaycan Savad Federasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan birincilik yerli Olimpiya İdman Kompleksində baş tutub. Rəsmi hissədə fransız boksu kimi də tanınan bu idman növünün ölkəmizdə yeni olduğu, buna görə də belə yarışların keçirilməsinin bölgələrdə savad döyüş növünə axının daha çox olmasına şərait yaradacağı vurğulanıb. Eyni zamanda qeyd olunub ki, savad üzrə Özbəkistanda keçirilən son beynəlxalq yarışda idmançılarımızın yaxşı nəticələr göstərməsi bu idman növünün Azərbaycanda artıq inkişaf etdiyindən xəbər verir. Açılışdan sonra bədii hissədə rəqs qrupları bacarıqlarını göstəriblər, musiqiçilərin ifasında şən mahnılar səslənib. Ardınca döyüşlərə start verilib. Heydər Əliyev kuboku uğrunda 20-dən çox şəhər və rayonda 100-dən çox idmançı mübarizə aparıb. Yarışlar uşaq, yeniyetmə, gənc və böyüklər arasında keçirilib.

Yarış savad döyüşünün həm regionlarda kütləviləşdirilməsi və tanınması, həm də milli komandaya seçim baxımından böyük əhəmiyyət daşıyıb.

Yarışın sonunda fəxri yer tutan döyüşçülər diplom və medal, qalib komandalar isə kubokla təltif ediliblər.

Orxan Cəfərzadə