KepezTV Player
Xəbər verildiyi kimi, ötən gün naməlum şəxs Gəncədəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması müəyyənləşib. Onun Bakıdakı mənzillərdən birində gizləndiyi məlum olub. Hadisəni törədən şəxs zərərsizləşdirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 477