KepezTV Player
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub. Mayın 19-u ilk dəfə 1935-ci ildə Atatürk Günü adı altında rəsmiyyət qazanıb. Lakin 1938-ci ildə ölümündən bir neçə ay öncə Mustafa Kamal Atatürk bu bayramı gəncliyə ərməğan edib. Həmin ildən də mayın 19-u Gənclik və İdman Bayramı olaraq qeyd edilməyə başlayıb. Tədbirdə həmçinin Azərbaycan və Türkiyə dostluğundan danışılıb. Dünyanın heç bir ölkəsinin Türkiyə və Azərbaycan qədər qardaş olmadığı xatırladılıb.
- Baxış: 382