KepezTV Player
Bu gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan "sülh sazişi"ni müzakirə edəcəklər. Moskva görüşünün ümumi sülh danışıqlarına töhfə verəcəyi düşünülür. Rusiya tərəflər arasında mövqelərini qorumaq üçün bu görüşün keçirilməsinə təşəbbüs göstərib və artıq ərazi bütövlüyü və suverenliyi qarşılıqlı olaraq tanıyan dövlətlər beynəlxalq hüquqa söykənərək Cənubi Qafqazda sülhü, təhlükəsizliyi, sabitliyi və etimad quruculuğunu formalaşdıra bilərlər. Eyni zamanda nəqliyyat və kommunikasiya xəttləri üzərində suverenlik hüququ ilə bağlı məsələlərin də razılaşdırılması, dəmir yol xətti ilə bağlı böyük irəliləyişlərin əldə olunması Qərb müstəvisində keçirilən danışıqların nəticəsidir. Artıq Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
- Baxış: 319