• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 16.05.2023 09:58

Fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb

KepezTV Player

Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb. Cəlilabad sakinləri 38 yaşlı Rzayeva İradə Zakir qızı, 14 yaşlı Rzayeva Səma Emin qızı, Şabran rayon sakini 21 yaşlı Məmmədli Məryəm Ramin qızı, Qəbələ şəhər sakinləri 2 yaşlı Atilla Qasımlı, 26 yaşlı Qasımlı Səidə Ramiz qızı və 47 yaşlı Bakı şəhər sakini Həsənov Əlihüseyn Fazil oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar və xəstəxanaya aparılıblar.