• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 15.05.2023 21:28

Fransa səfiri erməni terrorunun izləri ilə tanış olub

KepezTV Player
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Gəncəyə səfər edib. Səfir Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi dövründə raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib. Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Məlumat verilib ki, həmin dövrdə Ermənistan ərazisindən atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çoxlu sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb. 2020-ci ilin oktyabr ayının 4-dən başlayaraq 17-ə qədər 5 dəfə Gəncə erməni terroruna məruz qalıb. Nəticədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.