• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 14.05.2023 19:59

Avtomobil yolunda subasmadan sonra hərəkət bərpa edilib

KepezTV Player

Ötən gecə Fövqəladə Hallar Nazirliyinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub. Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.