Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Qarayev Məhəmməd Mahir oğlunun nəşi doğulduğu Qəbələ rayonuna gətirilib, ailəsinə təhvil verilib. Doğulub boya-başa çatdığı evdə Məhəmməd Qarayevlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Mərasim başa çatdıqdan sonra şəhid Məhəmməd Qarayevin cənazəsi 1 nömrəli Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb. 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu və ali təhsilli olub. O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət etsin.
- Baxış: 318