Göründüyü kimi Ermənilərin ölkəmizə qarşı təxribatları davam edir. Bədnam qonşularımız bu dəfə Azərbaycan Ordusunun mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq etdilər. Lakin onlar həmişə olduğu kimi bu dəfə də layiqli cavablarını aldılar. Bölmələrimiz kustar üsulla hazırlanan pilotsuz aparatları hədəfə çatmadan zərərsizləşdiriblər. PUA-ların komanda-qərargah məntəqəsi, minatan qrupu və avtomobil texnikası da məhv edilib. Ermənistanın Brüssel görüşü öncəsi təxribat törətməsi təsadüf deyil. Məqsəd Brüssel görüşündə danışıqları sərhədə baş verənlərə yönəltməkdir. Politoloqlar hesab edir ki, ermənilər hərbi təxribatla Azərbaycanın cavab reaksiyasına nail olaraq özünü zərərçəkmiş kimi təqdim etmək istəyirlər. Bu da onların sülhə maraqlı olmadığını göstərir.
Zaur Məmmədov siyası şərhçi: Brüsselə Ermənistan yeni tələblərlə gəlmək istəyir və Azərbaycanı günahkar çıxarmaq istəyir. Ermənistanın əsas məqsədlərindən biri həm də sərhəddə sərhədçilərin və əsgərlərin bir qədər geri çəkilməsi və orada təhlükəsizlik zonasının hər iki ölkənin sərhədlərində yaradılmasıdır. Bu kimi məqsədlər güdən Ermənistan əlbəttə ki, çox çirkli oyunlara əl atır.
- Baxış: 278