• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 13.05.2023 13:42

"Şuşanın mədəniyyət paytaxtı elan edilməsi bütün türk dünyası üçün mühüm hadisədir"

KepezTV Player
Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təkcə illərdir ədalətsiz işğala məruz qalmış qədim türk yurdu Şuşa üçün deyil, bütün türk dünyası üçün çox mühüm hadisədir. Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirində çıxışı zamanı deyib. Ömurəliyev türk dünyasının mədəniyyət paytaxtı təşəbbüsünün türk mədəniyyətinin qorunub saxlanılması və gələcəyə daşınmasında mühüm rol oynadığını, mədəniyyət sahəsinin türk xalqlarının ortaq kimliyini təşkil etdiyini bildirib. O, həmçinin TDT-nin 2023-cü il ərzində Şuşada həyata keçirəcəyi layihələr və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər barədə də məlumat verib.