KepezTV Player
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatıdır. Bu barədə özünün "Twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb. Onun sözlərinə görə, Türkiyə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək verib. Azərbaycan və Türkiyə “Şuşa Bəyannaməsi”ni imzalamaqla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə qaldırıb. Türkiyə işğaldan azad edilən torpaqlarda başladılan yenidənqurma və dirçəliş işlərinə töhfə verməkdə davam edir.
- Baxış: 276