Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.05.2023 20:02
Ordumuzun mövqeləri atəşə tutulub
KepezTV Player
Bu gün saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, saat 17:15-də Ermənistan silahlı qüvvələrinin eyni istiqamətində yerləşən bölmələri Ordumuzun üzbəüz mövqelərini minaatanlardan, saat 18 radələrində isə D-30 toplarından atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Bölmələrimiz itki verməyib.
- Baxış: 345