• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 12.05.2023 16:19

Leysan və dolu kəndlərdə fəsadlara səbəb olub

KepezTV Player

Qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Dəşkəsən rayonunun bir neçə kəndində fəsadlar törədib. Leysan nəticəsində sel suları evlərə dolub, dolu təsərrüfatlara ziyan vurub.
Leysan və dolu rayonun əsasən Quşçu, Əhmədli və Dəstəfur kəndlərinə ziyan vurub. Quşçu kəndinə yağan güclü leysandan sonra sel suları evləri basıb. Sakinlər gecəni hətta qonşu evlərdə keçirməli olublar.
Sel suları Quşçuda bir neçə evə ziyan vurub. Hazırda durduğumuz evdə də o evlərdəndir ki, iki otağı sel suları nəticəsində yararsız hala düşüb.
Leysan eyni zamanda həyatyanı sahələrdə çəpərləri dağıdıb, ev quşları, xırda və iribuynuzlu mal-qaranın tələfinə səbəb olub. Bundan başqa yararan sel ağacları və əkin sahələrinə yararsız hala salıb.
Rayonun Dəstəfur və Əhmədli kəndinə isə dolu düşüb. Təbiət hadisə nəticəsində bəzi evlərin dam örtüyü zədələnib, buz kütlələri kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurub.
Daşkəsən rayon icra hakimiyyəti tərəfindən təbiət hadisəinin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Artıq sel nəticəsində yollarda yaranan problemlərin aradan qaldılması üçün müvafiq tədbirlər görülüb, hadisə baş verən ərazilərə texnikalar cəlb edilib.