• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 10.05.2023 19:27

100 ədəd ağac əkilib

KepezTV Player
“Heydər Əliyev İli” və dahi şəxsiyyətin anadan olmasının 100-cü ildönümü münasibətilə Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib. Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Tarix Mədəniyyət qoruğunun təşkilatçılığı ilə böyük azərbaycan şairi Nizami Gəncəvinin Məqbərə kompleksi ərazisində 100 ədəd ağac əkilib. Baharın gəlişi, təbiətin oyandığı mövsümdə keçirilən yaşıllaşdırma tədbirində Eldar şamı və sərv ağacları əkilib. Məqsəd, Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə vermək olub.
Cumalik Rəhimov- Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru: "Bu günkü aksiya Ulu öndər Heydər Əliyev cənablarının 100 illiyinə həsr edilmiş silsilə tədbirlərdən biridir. Bilirsiniz ki, ölkədə tədbirlər keçirilir. Biz də bu gün GDTMQ rəhbərliyi Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin dəstəyi və təşəbbüsü ilə bu ağacəkmə aksiyasını keçiririk, biz də bu gün, 100 illiklə bağlı, 100 ağac əkdik. Şam ağacı, Eldar ağacı və əsas biz əkirik o ağacı ki, o ağaca su verəndə bitsin".