• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 10.05.2023 19:43

Ümummilli liderə həsr olunan tədbirlər

KepezTV Player

Gəncədə günün ikinci yarısında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə planlaşdırılan tədbirlər davam edib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə uşaq və yeniyetmələrin nümunəvi çıxışları baş tutub. Müəllimlərin də qatıldığı tədbirdə stolüstü tennis və basketbol üzrə oyunlar keçirilib. Eləcə də şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. 100-ə yaxın şagidin əl işləri ilə tanışlıq olub. 

Ulu öndər Heydər Əliyev ili çərçivəsində Gəncədə veloyürüş keçirilib. Şəhərin Nizami Gəncəvi prospektindən start götürən veloyürüşə 300 yaxın iştirakçı qatılıb. İştirakçılar Heydər Əliyev mərkəzinə kimi ümümi uzunluğu 3 km olan məsafəni qət ediblər. Finiş xəttində şəhər rəhbərliyi tərəfindən iştirakçılara hədiyyələr təqdim edilib. Ardından ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, ruhu hörmətlə anılıb. Qonaqlar məktəblilərin hazırladıqları əl işləri ilə tanış olublar.