Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.05.2023 19:04
"Kəpəz" "Sabah"la oyunda məğlub olub
KepezTV Player
Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib. Açılış oyununda "Sabah" Qəbələdə "Kəpəz"in qonağı olub. Qəbələ şəhər stadionundan keçirilən matçda Bakı klubu qələbə qazanıb. Paytaxt təmsilçisindən qolları 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurublar. Bu qələbə ilə xallarını 77-yə çatdıran "Sabah" "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sırada qalıb.
- Baxış: 503