KepezTV Player
Göygöldə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Ümummilli Liderin adını daşıyan parkda təşkil edilən ekoloji tədbrdə yerli iqlim şəraitinə uyğun 100 ağac əkilib. Həmçinin əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Ağacların dibi bellənərək suvarılıb. Bundan başqa ətrafda təmizlik işləri də görülüb. Rayonda Heydər Əliyevin 100 illiyi münasibəti ilə yaşıllaşdırma aksiyaları il boyu davam edəcək.
- Baxış: 310